"Həmrəylik Oyunlarının rəsmi açılış mərasimini səbirsizliklə gözləyirik" AÇIQLAMA

"Həmrəylik Oyunlarının rəsmi açılış mərasimini səbirsizliklə gözləyirik" AÇIQLAMA

"IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış mərasimini səbirsizliklə gözləyirik. Əminəm ki, açılış möhtəşəm olacaq". Bunu SİA-ya açıqlamasında Türkiyə Milli komandasının üzvü Arelya Karasoy deyib.

Bakının gözəlliyinə heyran olduğunu deyən türkiyəli idmançı Azərbaycanda özünü rahat hiss etdiyini dilə gətirib: "Artıq oyunlarımız başlayıb. Ümid edirik ki, İslam Həmrəylik Oyunları bizim üçün uğurlu olacaq. Oyunların təşkilatçılığı çox yüksək səviyyədədir. Mən I Avropa Oyunlarında Bakıda olmadığım üçün budəfəki mərasim mənim üçün çox maraqlıdır. Əminəm ki, möhtəşəm olacaq. Lakin bu o demək deyil ki, Bakıya ilk dəfədir gəlirəm. Bundan əvvəl də gənclər üçün keçirilən olimpiadalarda iştirak etmək üçün ölkənizə gəlmişəm. Çox həyəcanlıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə