Ulu Öndər Heydər Əliyev Buxarestdə anılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Buxarest şəhərində tədbir keçirilib
Ulu Öndər Heydər Əliyev Buxarestdə anılıb

Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən "Tey Parkı - Heydər Əliyev Xiyabanı"nda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən anım tədbiri təşkil olunub.

Azərbaycanın Rumıniyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Səfirliyin, "SOCAR Petrolium S.A." şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Ulu Öndərin xatirəsi yad edilib, büstü önünə əklillər qoyulub.Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə