Rusiya xarici işlər naziri Sergey Lavrovun Amerika Birləşmiş Ştatlarına səfəri bu həftənin ən maraqla gözlənilən siyasi hadisəsi oldu desək heç də yanılmarıq. Artıq səfər yekunlaşıb və Lavrovun Vaşinqton görüşləri bütün mediya qurumlarının birinci müzakirə mövzusudur.
Görüşdən sonra Lavrovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi ifadələr Rusiyanın bu səfərdən lazımı nəticə ilə döndüyünü söyləməyə tutarlı əsaslar verir. Lavrov bildirdi ki, ABŞ prezidenti ilə bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb. Üstəlik ağ evin yeni rəhbərinin fikirləri Lavrovda çox müsbət təsir bağışlayıb. Yəni Tramp və onun komandası Obama admnistariyasından fərqli olaraq imitasiya xatirinə danışıqlar aparmır, əksinə geosiyası problemlərin həllində daha proqmatik siyasət yürütmək fikrindədir. Gözlənildiyi kimi bu görüşün başlıca müzakirə mövzusu yaxın şərqdə höküm sürən gərginliyin aradan qaldırılması, xüsusi ilə Suriya böhranının həlli məsələsi olub. Və görünür tərəflər ortaq məxrəcə gələ biliblər. Ən azından Lavrovun açıqlamalarından bu qənaətə gəlmək olar.
Rusiya xarici işlər nazirinin fikirlərinə diqqət yetirək: "Donlad Trampla Suriyadakı vəziyyəti müzakirə etdik. ABŞ-nın daha öncəki rəhbərliyinin birinci şərti Bəşər Əsədin hakimiyyətdən getməsini istəməsi olub. Biz isə dəfərlərlə bildirmişik ki, Suriyanın gələcək taleyini Suriya xalqı müəyyənləşdirməlidir. Əsas məsələ terroçuların zərərsizləşdirilməsidir. Trampla məhz bu mövqeydə fikirlərimiz üst-üstə düşdü".
Lavrovun bu açıqlamaları artıq danışıqlarda Moskvanın istədiyi nəticəni əldə etdiyini göstərir. Suriyada başlayan siyasi gərginlinkdən bu indiki dövürə kimi Rusiyanın və ABŞ-nın mövqeyləri heç zaman bu qədər yaxın olmamışdı. Hətta Suriya böhranının daha da dərinləşməsi belə gözlənilirdi. Lakin Vaşinqton danışıqlarından sonra suların az da olsa durulduğunu söyləmək olar. Suriya böhranının həllində iki superdövlətdən biri digərinə güzəştə getməliydi ki, Lavrovun Vaşiqnton səfərinin ilkin təhlili ABŞ-ın güzəştə gedən tərəf olduğunu göstərdi. Bundan sonra geosiyasi mənzərənin hansı istiqamət üzrə dəyişəcəyini söyləmək çətin olsa da Suriya döyüşündə ilk raundun qalibinin adı Rusiyadır.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB