Nuranə Şıxəliyeva: “Mehriban Əliyevanın yorulmaz fəaliyyəti diqqətdən kənarda qalmır” MÜNASİBƏT

Nuranə Şıxəliyeva: “Mehriban Əliyevanın yorulmaz fəaliyyəti diqqətdən kənarda qalmır” MÜNASİBƏT

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yüksək mükafatı ilə təltif olunub. Bu münasibətlə FİG tərəfindən qəbul olunmuş bu qərar münasibəti ilə Mehriban xanım Əliyevanı təbrik edir və davamlı nailiyyətlər əldə etməyini arzulayırıq". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının İctimai Təşkilati məsələlər üzrə Departamentinin rəhbəri Nuranə Şıxəliyeva Azərbaycan idmanının və təhsilinin inkişafında Mehriban xanım Əliyevanın göstərdiyi yorulmaz fəaliyyəti və uğurları barədə danışarkən deyib.

Nuranə Şıxəliyeva eyni zamanda bildirib ki, məhz Mehriban xanım Əliyevanın gimnastikanın təbliği və inkişafı, ən müasir, eləcə də beynəlxalq standartlara uyğun, modernləşdirilmiş gimnastika arenalarının tikintisi, idmançılara və məşqçilərə göstərdiyi davamlı diqqət və qayğısı Azərbaycanda bu idman sahəsinin yüksək səviyyədə inkişafına töhfələrini verib.

O cümlədən, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Azərbaycan təhsilinə, mədəniyyətinə göstərdiyi diqqəti onun çoxşaxəli fəaliyyətinin uğurları kimi qiymətləndirmək olar: "Əlbəttə, Mehriban xanım Əliyevanın istər bu, istərsə də digər sahələr istiqamətində apardığı mühüm və yorulmaz fəaliyyəti diqqətdən kənarda qalmır. Xüsusilə, Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyası kimi nüfuzlu idman qurumunun mükafatı ilə layiqli nəticəsini tapdı və FİG rəhbərliyi Azərbaycan Gimnastika Federasiyanın prezidenti, ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə ali mükafatına layiq gördü".

Nuranə Şıxəliyeva sonda onu da vurğulayıb ki, təmsil etdiyi qurum bütövlükdə Azərbaycan idmanının inkişaf və tərəqqisində əldə edilən nailiyyətlərə sevinir: "Biz də Mehriban xanım Əliyevanı təltif olunduğu mükafat münasibəti ilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq".

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə