Samux rayonunda kənd arası yolların təmiri aparılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, işlər əsasən Kürqırağı və Gürcüstanla sərhəd olan kəndlərdə həyata keçirilir. Bundan əlavə Samux-Yenikənd avtomobil yolu da əsaslı təmir edilir. Təxminən 21 km-dən artıq avtomobil yoluna tam asfalt döşənib, 7 km hissədə isə yol örtüyü yenidən çəkilir.
"Azəravtoyol" ASC-nin 30 saylı Yol İstismar İdarəsinin rəisi Zakir Quliyevin SİA-ya verdiyi məlumata görə, aparılan işlər çərçivəsində 500 ədədə yaxın siqnal dirəkləri quraşdırılıb və Quşqara çayı üzərində olan körpüyə asfalt-beton örtüyü salınıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB