“Azərkosmos”un əməkdaşları “Heydər zirvəsi”nə qalxıblar

“Azərkosmos”un əməkdaşları “Heydər zirvəsi”nə qalxıblar

Mayın 10–da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Azərkosmos" ASC-nin əməkdaşlarının "Heydər zirvəsi"nə yürüşü uğurla başa çatıb. "Azərkosmos"dan verilən məlumata görə, yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə doğru Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürüblər.

İştirakçılar zirvədə Ulu Öndərin əziz xatirəsini yad edib və buradakı barelyefi önündə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə