Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə iməcilik keçirilib

Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə iməcilik keçirilib

Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilib. SİA-nın verdiyi məlumata görə, bu iməclikdə məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olub.

10 may günündə keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Hacıbəyov küçələrində, park və bağlarda 45.000 gül kolu, 500-dən artıq şam və sərv ağacları əkilib, 1500 kv.m-dən çox qazon otu vurulub.

Nəsimi rayonunda son illər genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlərdə sakinlər, idarə və təşkilatların nümayəndələri fəallıq nümayiş etdirirlər. Rayonda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə