Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə bu gün Yevlax şəhərində silsilə tədbirlər keçirilib.
SİA-nın məlumatına görə, tədbir iştirakçıları şəhərin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi iməcilik və ağacəkmə kampaniyası təşkil olunub. Yevlax şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatının gənc fəallarının iştirak etdiyi ağacəkmə kampaniyasında şəhərin Heydər Əliyev prospekti, Bakı Prospekti (ipək yolu ətrafı) Yevlax Bərdə yolu istiqamətində 1150 ədəd Şam, Çinar ağacları, 6000 mindən çox lüqustur və gül kolları əkilib,15000 mindən artıq yeni əkilib mövcud olan ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Şəhər ətrafı və Kür çayı sahili, ipək yolu ətrafı atılmış tullantılardan təmizlənib ot örtüyü biçilərək səliqəyə salınıb. Ümumilikdə 1200 nəfərdən artıq könüllü kampaniyada iştirak edib.
Yekunda Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının elan etdiyi inşa yazı müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB