"Kabel televiziyası sahəsində qeyri-qanuni yayımla məşğul olan insanlar var ki, onlara yayımçı da demək olmaz, sadəcə sahibkarlar öz binalarının içərisində qeyri-qanuni kabel şəbəkəsi yaradıblar. Belə hallar kütləvi xarakter alıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
N. Məhərrəmli bildirib ki, sözügedən problemi tək Milli Televiziya və Radio Şurası yox, digər qurumlarla birlikdə həll etmək mümkündür: "Kabel televiziyası haqqında" qanun qəbul olunandan sonra bu sahədə tədbirlər daha da sərtləşəcək. Söhbət ilk növbədə cərimələrin tətbiqindən gedir. Bundan əlavə qanuna əsasən, qeyri-qanuni sahibkarlıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində tədbirlər görüləcək. Qanun layihəsi mayın 16-da Milli Məclisdə müzakirəyə çıxarılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB