Samir Nuriyev: "Güzəştli mənzillə bağlı qeydiyyat yaxın günlərdə başlayacaq"
"Yaxın günlərdə güzəştli mənzil almaq istəyən şəxslərin qeydiyyata alınmasına başlanılacaq.Ölkə başçısının imzaladığı fərmana uyğun olaraq Azərbaycanda güzəştli şərtlərlə mənzil əldə etmək hüququna malik olan şəxslərin qeydiyyatı və həmin mənzillərin güzəştli şərtlərlə satılması prosesi elektron qaydada həyata keçiriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.
O bildirib ki, artıq elektron sistemin hazırlanması prosesi tam başa çatıb və istifadəyə hazırdır: "Sistem "e-gov.az" "elektron hökumət" portalında yerləşdiriləcək. Bununla yanaşı, "ASAN xidmət"in Bakıda yerləşən 1, 2, 3 saylı və "Sumqayıt" mərkəzləri prosesə qoşulacaq. Yaxın bir neçə gündə elektron sistemin əsasnaməsinin təsdiq olunması gözlənilir. Həmin əsasnamə sistemin iş prinsiplərini özündə ehtiva edəcək. Əsasnamə təsdiq olunduqdan bir neçə gün sonra sənədlərin qəbuluna və "elektron kabinet"lərin yaradılmasına başlanılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB