"Azərbaycan Respublikasının prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən reallaşdırılan "Yasamal Yaşayış Kompleksi" layihəsinin tikintisi sürətlə davam edir. Bununla yanaşı, Hövsan qəsəbəsində MİDA-ya 20 hektar torpaq sahəsi ayrılıb. Hazırda həmin ərazidə baş planın hazırlanması tam başa çatdırılıb, bu yaxınlarda işçi layihənin hazırlanmasına başlanılacaq. Hövsan qəsəbəsində 3000-ə yaxın mənzilin tikintisi nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında MİDA-nın direktoru Samir Nuriyev deyib.
MİDA direktoru bildirib ki, Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində sosial və məişət infrastrukturu qurulacaq: "Bununla yanaşı, digər layihələr üzrə də işlər aparılır və istənilən yenilik barədə ictimaiyyət məlumatlandırılacaq".
Martın 10-dan etibarən Bakıda və Sumqayıtda yerləşən "ASAN xidmət" mərkəzilərinə güzəştli şərtlərlə mənzil almaq istəyən 32 mindən artıq vətəndaş müraciət etdiyini deyən S. Nuriyev söyləyib ki, onlardan 17-18 mini müvafiq kateqoriyaya daxil edilmiş şəxslərdir: "Gələcəkdə güzəştli mənzilə sahib olmaq hüququ olan şəxslərin kateqoriyası genişləndirilə bilər. Təbii ki, bir dövlət qurumu olaraq biz öz təkliflərimizi verə bilərik. Biz ilkin qeydiyyatın gedişatını izləyirik. Qeydiyyat başa çatdıqdan sonra biz artıq elektron bazaya malik olacağıq. Məhz bu siyahının təhlili aparıldıqdan sonra biz kateqoriyaları genişləndirə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB