Qafqazşünaslıq İnstitutunda “dəyirmi masa” keçirilib

Qafqazşünaslıq İnstitutunda “dəyirmi masa” keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən "dəyirmi masa" keçirilib.

Müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı xalqımızın tarixində dahi şəxsiyyət Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açıb, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıb.

Qeyd edilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyevin müasir reallıqlara uyğun olaraq yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir və region iqtisadiyyatının 75 faizi məhz ölkəmizin payına düşür.

Digər çıxış edənlər görkəmli dövlət xadiminin Qafqaz siyasətinin mahiyyətindən, məqsəd və vəzifələrindən söz açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə