Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə mayın 19-da "Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi" mövzusuna həsr olunan "Risklərin İdarəedilməsi Forumu-2017" keçiriləcək.AZƏRTAC ARPA-ya istinadla xəbər verir ki, tədbir informasiya texnologiyaları, maliyyə və risk sahələri üzrə fəaliyyət göstərən yerli və beynəlxalq şirkət mütəxəssisləri bir araya gətirərək onlara müvafiq sahənin tanınmış beynəlxalq təşkilat və peşəkarlarla təcrübə paylaşımı imkanı yaradacaq.
Forumda ARPA-nın əsas tərəfdaşları Maliyyə Bazarlarına Nəzarət Palatası və "ADA" Universitetidir. Tədbirdə yerli və xarici auditor şirkətlərinin, yerli dövlət qurumlarının, maliyyə təşkilatlarının, informasiya texnologiyaları şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB