"Azərbaycanda bütün təbəqələrə dövlət başçısı tərəfindən böyük diqqət və qayğı göstərilir. Onların içərisində veteranların öz yeri var". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva deyib.
O bildirib ki, veteranlar vətəndaşlarımızın, Azərbaycanın ayrılmaz parçalarıdır: "Təəssüf ki, onların sayları ildən-ilə azalır. Lakin böyük və şərəfli yol keçən veteranlarımızın çəkdikləri əziyyətlər dövlətimiz tərəfindən çox yüksək qiymətləndirilir.
Bilirsiniz ki, onlar hər il ölkəmizdə 9 may - Qələbə günü ərəfəsində hər mənada yad edilirlər. Bu günə qədər bizimlə bərabər addımlayan qocaman insanlar dövlət səviyyəsində sevindirilir".
Hər il Ali Baş Komandanın, ölkə rəhbərliyinin veteranların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində sərəncamları olduğunu vurğulayan J. Əliyeva qeyd edib ki, ölkəmizdə təkcə veteranlar deyil, onların ailə üzvləri və yaxınları da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar: "Bayram ərəfəsində onlara maddi yardımlar edilir. Təbii ki, bütün bunlar böyük qayğı və diqqətin nəticəsi, böyüklərimizə olan hörmətin nümunəsidir. Hər bir Azərbaycan vətəndaşı onlara göstərilən diqqət və qayğıdan məmnundur. Biz ölkə rəhbərinə qədirbilənliyinə görə minnətdarıq".
Qeyd edək ki, sabah 9 may-Qələbə günüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB