Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrkən ilk növbədə milli qəhrəmanlarımızın ailə üzvlərini qəbul etməsi, onların həyat və döyüş yolu barədə xoş sözlər deməsi, xalqı, milləti, dövləti yolunda canını qurban vermiş hər bir vətəndaşına çox böyük sayğı ilə yanaşmasının bariz nümunəsi idi.

Ölkəmizin o ağır günlərində Milli Qəhrəmanlarımıza layiqincə qiymət vermək, ölkə daxilində sabitliyi təmin etmək, uzaqgörən xarici siyasət aparmaq nəticəsində Azərbaycanı dünya dövlətlərinə tanıtmaq məhz Heydər Əliyev şəxsiyyətinin, müdrikliyinin məntiqi nəticəsi idi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan Prezidenti seçildiyi gündən etibarən yürütdüyü uzaqgörən daxili və xarici siyasətinin nəticəsində ölkəmizdə yaranmış sabitlik və əmin-amanlıq şəraitində əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük nailiyyətlər qazanılmış, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Torpaqlarımızın ərazi bütövlüyünün və dövlətçiliyimizin qorunması sahəsində Azərbaycanın igid oğul və qızlarının göstərdikləri şücaətə yüksək dəyər verməsi və bununla əlaqədar xalq arasında yaranan qızğın təəssüratlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı Prezidentimizlə yekdildir, hər bir çağırışına hazırdır! Belə ki, Prezidentimiz İlham Əliyevin siyasi iradəsinin və Milli Ordumuza göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son zamanlar cəbhə bölgəsində Milli Ordumuzun göstərdikləri rəşadət və qəhrəmanlıq bir daha onu göstərir ki, xalq öz Liderinə güvənir və hər zaman dəstəkləyir.

Biz Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi olaraq hər zaman dövlət və dövlətçiliyin müdafəsi, cəmiyyətdə müsbət fikrin formalaşması və eləcədə gənclərmiz arasında vətənpərvərlik ruhun artırılaması istiqamətində lazımı işlərin görülməsi üçün tədbirlər həyata keçiririk. Eyni zamanda qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi də Möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və bu siyasətdən irəli gələn vəzifələrin yerinə yetirilməsində həmişə ön sıralarda olmağa çalışırıq. Bu məqsədlə Ümummilli Liderimiz Heydər Əliyevin 94 illik yubileyi münasibəti ilə Fəxri Xiyabana gedərək məzarını ziyarət etmək biz Milli Qəhrəmanların və şəhid Milli Qəhrəman ailələrinin mənəvi borcudur. Ümummilli Liderimiz bizlərin qəlbində daim yaşayıb və bundan sonra da yaşayacaqdır.

Daha sonra Milli Qəhrəmanlar və Şəhid Milli Qəhrəman ailələri görkəmli akademik Rəfiqə xanım Əliyevanın məzarı önünə tər-çiçəklər qoyaraq yad etmişlər.




.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB