"ASAN xidmət" sabah işləməyəcək

"ASAN xidmət" sabah işləməyəcək

"ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 9 may qeyri-iş günüdür. Bu barədə SİA-ya Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Qələbə Günü münasibətilə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində 9 may qeyri-iş günüdür. 10 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə