Ekspert: “Bakı forumu gözəl ideya və fikirlər verib” MÜNASİBƏT

Ekspert: “Bakı forumu gözəl ideya və fikirlər verib” MÜNASİBƏT

"Bakıda işini yekunlaşdıran IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hesab edirəm ki, bir sıra məqamları ilə uzun müddət həm müzakirə üçün mövzular açacaq, həm də forumun gündəliyində səslənən fikirlər daha yeni ideyaların müzakirə və həyata keçirilməsi üçün zəmin yaradacaq". Bunu SİA-ya açıqlamasında müstəqil hərbi eskpert Üzeyir Cəfərov deyib.

"Ən azından mən YUNESKO-nun Baş katibi xanım İrina Bokovanın forumla bağlı səsləndirdiyi fikirlərdən elə başa düşdüm ki, onlar üçün yaxın illərdə bir sıra önəmli tədbirlərin keçirilməsi üçün Bakı forumu gözəl ideya və fikirlər verib. Belə tədbirlər ölkəmizi dünyada tolerant və müasir gənc dövlət kimi tanıtmaq baxımından çox vacibdir. Bütün sahələrin - siyasi, iqtisadi, dini-etnik, multikultural dəyərlərin təşviqi, turizmin inkişafı baxımından çoxsaylı müzakirələrin aparılması bu forumun böyük əhəmiyyətini göstərir. Özü də, Forumda iştirak edən qonaqlar, nümayəndə heyətlərinin üzvləri Bakı və bütövlükdə Azərbaycanla bağlı çox zəngin xatirələr və təəssüratlar ilə öz ölkələrinə dönərək, gələcəkdə bir daha özləri və yaxın ətraflarının ölkəmizə səfər etmələrinə bir növ yardımçı olacaqlar"- deyə, ekspert fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə