ADU-da Jurnalistika kafedrası yaradılıb

ADU-da Jurnalistika kafedrası yaradılıb

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının müvafiq qərarına əsasən universitetdə Jurnalistika kafedrası yaradılıb.

ADU-dan SİA-ya verilən məlumata görə, kafedranın yaradılmasında məqsəd istər Azərbaycandilli, istərsə də müxtəlif xaricidilli kütləvi informasiya vasitələri üçün mütəxəssislərin hazırlanmasını təmin etməkdir.

Qeyd edək ki, boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün "Xalq" qəzetində müvafiq elan da verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə