IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini yekunlaşdırdı YENİLƏNİB
IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini yekunlaşdırıb. SİA-nın xəbərinə görə, Forumun bağlanış mərasimində çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova bildirib ki, yekun anı motivasiya imkanı yaradan bir andır: "Biz bu konfransdan yeni təşəbbüslərlə çıxırıq. Forumu aktual etməyə çalışırıq. 13 tədbir həyata keçirtdik. Ekstremizm, inklüzivlik və digər mövzular müzakirə olundu".
İ.Bokova qeyd edib ki, Forum bizim üçün fürsət idi ki gündəmdə olan məsələləri müzakirə edək. Buradakı mövzular digər təşkilatlarda da müzakirə olunur. Forum əhatəli mövzuların müzakirəsinə mühüm töhfə verdi. Forumun Qərblə Şərqin körpüsü olan, sabit ölkə olan Azərbaycanda keçirilməsi mühüm məqamdır. Biz yenidən təşkilatlarımıza qayıdaraq öz dəyərlərimizə sadiq olmalıyıq".
BMT-nin Baş Katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib ki, BMT-nin Sivilizasiyalar Alyansı belə bir dialoqun təşkilatçısı olmasına çox şaddır: "Mədəniyyətlərarası dialoq getdikcə daha böyük əhəmiyyət daşımağa başlayıb. Azərbaycan prezidentinə bu təşəbbüsə görə təşəkkür edirəm. Azərbaycanla daha sıx işləmək istəyirik. Bir yerdə çalışıb dünya üçün əhəmiyyətli məsələlərin həllinə yardımçı ola bilərik. Azərbaycan prezidenti çıxışında bildirdi ki gələn il "Bakı prosesi"nin 10 ili tamam olacaq və bununla bağlı mükafat təsis olunacaq. Biz forumdan nikbin fikirlərlə ayrılırıq".
İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, ayrı seçkiliyi aradan qaldırmalıyıq: " İnsanlar bir-biri ilə mübarizə aparmamalıdırlar. Bu forum bu işlərdə bir başlanğıcdır. Forumu genişləndirməliyik. İSESCO-da bu işdə dəstək etməyə hazırdır".
BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai söyləyib ki, dialoq forumu düzgün məkanda keçirilir: "Azərbaycan gənc ölkədir və siz ölkənizlə fəxr edə bilərsiniz. Azərbaycan xalqı müasir və savadlıdır. Onlarda mərhəmət hissi çox yüksəkdir". O bildirib ki, forum öz işini gördü və burada iştirak edənlər bunu davam etdirməlidir.
Sonda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bakı prosesinə töhfə verən hər kəsə təşəkkür edirəm: "Biz 40 ölkə ilə başladıq hazırda foruma 123 ölkə təşrif buyurub. Forumda 1500 nəfər iştirak edirdi, onlardan 800-ü xaricdən gələnlərdir. Forumda 40 məruzəçi iştirak etdi. 47 beynəlxalq təşkilat bir otaqda əyləşərək müzakirə apardı". Nazir qeyd edib ki, forum artıq keyfiyyətli əmtəə nişanıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB