Mədəniyyətlərarası Dialoq Forumu panellərdə davam etdirilib

"Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə"
Mədəniyyətlərarası Dialoq Forumu panellərdə davam etdirilib

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda panel keçirilib. SİA-nın xəbərinə görə, panel Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifainin moderatorluğu ilə baş tutub.

O bildirib ki, turizm səyahət sektoru ilə bağlıdır: "Amma sizlərin çoxu turizmlə məşğul olmadığını üçün ola nolsun bizim dediklərimiz sizin üçün yeni ola bilər. Turizmə gəldikdə bu biraz çaşdırıcı ola bilər. Turizm sözü heç də özü ciddi anlayış kimi qavranılır. Bizim həyat tərzimiz təsir göstərəcəyini haqqında tərəddüdümüz ola bilər".

Petra Milli İnam Fodunun prezidenti Şahzadə Dana Firas bildirib ki, biz turizmin inkişafı ilə ondan qorunmaq arasında ziddiyətlər aradan qaldırmaq istəyirik:"Turizm dağıdıcı qüvvə də ola bilər. Biz turizmlə elə bir platforma yaratmışıq ki, bununla bir çox nailiyyətlər əldə etmişik. Turizm insanlarla ünsiyyət yaradan sahədir. İnnovasiya yaradıcılıq mədəniyyət hər zaman turizmə təsir göstərib. Turizm yeni ideyalar üçün insanların öz inkişafını idarə etmək üçün imkanlar yaradır. Mədəniyyətin qorunması ilə turizmə geniş imkanlar açmaq olar. Turizm tarixlə indiki dövr arasında əlaqə yaradır".

Şri-Lankanın turizmin inkişafı və xristian dini işləri üzrə nazir müavini Arundika Fernando bildirib ki, 2009-cu ildən bu günə qədər ölkəmizə gələn turistlərin sayı 2 milyonu aşıb. Bizim ölkəmizə də mühit Azərbaycandakı kimidir. Bizdə dinlərin çoxluğu ölkəmizə turistlərin cəlbində mühüm əhəmiyyət kəsb edir. Müqəddəs yerlərin çoxluğu turistlər üçün cəlbedici yerə çevrilib. Biz tariximizdən istifadə edərək ölkəmizdə turizmi inkişaf etdirməklə iqtisadiyyatımızı daha da inkişaf etdiririk. Lakin bizim görəcəyimiz işlər daha çoxdur".

Paneldə çıxış edən Bəhreynin Əntiq Əşyalar İdarəsinin sədri və Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin prezidenti Şaika Mai Bint Mohammad əl-Xəlifə bildirib ki, biz turizmin keyfiyyəti ilə yanaşı bu işdə uğur qazanmaq istəyirik:"Bəhreyndən Dubaya bir saat yol var. Bəhreyn turizminin özünəməxsus keyfiyyətləri var. Məsələn Azərbaycana gəldikdə biz öz ailə dostlarımıza xüsusi sovqatları hazırlayırıq. Bəhreynnin də bu imkanları var. Biz Bəhreyndə insanlara iş yerləri ilə təmin edirik ki, onlar ölkəni tərk etməsinlər. Məqsədimiz Bəhreyni unikal təyinat nöqtəsinə çevirməkdir".

Panel sual-cavab əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə