“Heydər Əliyev 94”- devizi YAP Yevlax şəhər Təşkilatında FOTO

Bu gün Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatı və Yevlax şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı elmi praktik konfrans təşkil olunub.

Təşkilatdan SİA-ya verilən məlumata görə, tədbirdə YAP Yevlax Şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova və Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev və Partiya fəalları iştirak ediriblər.

Tədbiri Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev açaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları Ulu öndərin Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış keçirilib.

Sonra Bərdə regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Rafiq Məmmədov "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" mövzusunda məruzə etdi. Məruzə ətrafında çıxış edənlər Eldəniz Mustafasyev, Seymur Novruzov, Aidə Nəbiyeva və başqaları Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhdətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırıblar.

YAP Yevlax Şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev keçirilən tədbiri yüksək qiymətləndirib. O tədbirin mahiyyəti və layihənin məqsədləri haqqında məlumat verib. O, bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin vətəndaşlıq borcudur:"Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür".

Sonda Partiya sıralarına yeni qoşulmuş bir qurup gənc mədəniyyət işçilərinə partiya üzvlük vəsiqələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə