5 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçirilir. SIA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları ərəfəsində aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.
Təlimə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tibb Xidmətinin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təhlukəsizlik xidmətlərinin qüvvə və texnikası cəlb edilib.
Təlimdə sərnişin təyyarəsində şərti olaraq baş vermiş yanğının söndürülməsi, sərnişinlərin təxliyyəsi, onlara ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB