Əbdüləziz Əl-Nasser: "Nailiyyətlərə nail olmaq üçün mədəni körpülərin qurulmasına diqqət yetirməliyik"
"Biz hamımız əməkdaşlıq edərək, hədəf və məqsədlərə nail olmalıyıq. Biz hərbi münaqişələrin qarşısını almalıyıq". SİA-nın xəbərinə görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib.
O deyib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün səylər birləşdirilməlidir: "İnsan hüquqlarının qorunması önəmlidir. Mədəniyyətlərarası dialoqdan münaqişələrin qarşısının alınması, barışıq vasitəsi kimi istifadə etməliyik. Bakı prosesinin də əsas məqsədi dayanıqlı inkişaf və dialoqu dünyada təbliğ etməkdir. BMT dinlərarası və mədəniyyətlərarası dialoqu radikalizmə qarşı təsirli bir vasitə kimi görür".
Əbdüləziz Əl-Nasser bildirib ki, bu gün üzləşdiyimiz çağırışlar dindən müəyyən qrupların manipulyasiya üçün istifadə etməsi ilə əlaqədardır: "Unutmayaq ki, sülhün bərqərar olması üçün bəşəri həmrəylik vacibdir. Yeni hədəf və nailiyyətlərə nail olmaq üçün mədəni körpülərin qurulmasına daha çox diqqət yetirməliyik. Biz bilməliyik ki, tərəqqi insanlar, dinlər və mədəniyyətlər arasında inteqrasiya ilə əldə oluna bilər. Ekstremistlər bizim dəyərlərimizi aşağılamağa çalışırlar. Bu hədəflərə nail olmaq üçün Azərbaycanı mühüm tərəfdaş kimi görürük. Dünya o zaman sülh və əmin-amanlıq şəraitdə yaşayacaq ki, insanlar gündəlik həyatlarında təhlükəsiz yaşayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB