"Bəşəriyyət bir ailədir. Bu, UNESCO-nun dünyaya baxışıdır. Biz bəşəriyyətin zənginliyini mühafizə etməliyik". SİA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokova deyib. O bildirib ki, UNESCO qlobal vətəndaşlığı da təbliğ edir: "UNESCO üçün sülh, əmin-amanlıq vacibdir. Həmrəyliyə, anlaşmaya ehtiyacımız var. Biz innovasiyalara rəvac verməli, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, müxtəliflikləri qəbul etməliyik".
UNESCO baş direktoru gənc nəslin radikalizmdən qorunması üçün proqramlar həyata keçirdiklərini qeyd edib: "Biz qlobal problemlərə, münaqişələrin həllinə cavab verəcək fəaliyyət həyata keçirməliyik. Maarifləndirmə səviyyəsini artırmalıyıq. İrqçiliyə, potensial soyqırımlara qarşı önləyici tədbirləri, dialoqu, sülhü daha da gücləndirməliyik. Mədəni müxtəliflik bəşəriyyətin qürur mənbəyi olmalıdır"-deyə, İrina Bokova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB