ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus nasiri, Aleksandr Qrin, M.A.Şoloxov, V.Katayev mükafatları laueratı, Rusiya ədəbiyyatı Akademiyasının akademiki Georgi Pryaxinin "Xəzər yuxuları" kitabıişıq üzü görüb.
Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə, əfsanəvi Xəzər xaqanlığı və müasir Rusiya arasında maraqlı paralellərin aparıldığı "Xəzər yuxuları" romanının əsasını sosial, ictimai, tarixi hadisələr fonunda cərəyan edən hadisələr –mürəkkəb sosial ziddiyyətlər, insan taleyinin obyektiv faktorlardan asılılığı, məhrumiyyətlər və azadlıq hissi, mübarizə əzmi, qəlbin və ruhun reallıqla üst-üstə düşməyən istəkləri və insan iradəsinin təntənəsi təşkil edir.
Qeyd edək ki, romanı Azərbaycan dilinə Etimad Başkeçid çevirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB