“Səmərəli islahatların uğurlu nəticələri: reallıqlar, perspektivlər” FOTOLAR
Bu gün Bakı Bıznes Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü illiyinə həsr olunmuş "Səmərəli islahatların uğurlu nəticələri: reallıqlar, perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-da daxil olan məlumata görə, tədbiri keçirməkdə məqsəd yerli və xarici mütəxəssisləri,alimləri,ictimai xadimləri, investorları və digər maraqlı tərəflərin iştirakı ilə mövzu ətrafında müzakirələr təşkil etmək, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.
Konfransı giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açıb və mövzu ətrafında fikirlərini bildirib.
Tədbirdə İtaliya, Rusiya Federasiyası, Rumıniya, Litviya, Latviya, Ukrayna, Gürcüstan və digər xarici ölkələrdən dəvət olunmuş qonaqlar maraqlı məruzələrlə çıxış ediblər. Beynəlxalq konfransda "Azərbaycanın yaxın və uzaq gələcəkdə inkişaf strategiyasına dair bəzi düşüncələr", "Demoqrafik inkişaf və məşğulluq problemləri", "Səmərəli islahatlarda hesabatlılığın əhəmiyyəti", "Heydər Əliyevlə başlanan aqrar islahatlar və uğurlu inkişaf reallıqları", "İqtisadi inkişafda elmi potensialdan səmərəli istifadə yolları", "Yeni mərhələdə sahibkarlığın inkişafında şəffaflıq məsələləri" kimi məruzələrlə yanaşı, xarici qonaqların - "European agricultural reforms,since the Rome treaty", "Perexod k novoy modeli requlirovaniə buxqalterskoqo uçёta v Rossi", Psychology of the insurance clients in a new stage", "İmplementation perspectives of emmission trading scheme as an important prerequisite for effective mitigation of climate chance", "The principles of the state support of innovative business in Latvia", İmprovement of public policy in the sphere of higer education funding as the mechanism of providing national economy efficiency", "The role and importance of innovative policy in terms of European integration" mövzuları ətrafında müzakirələri də yer alıb.
Sonda qeyd olunub ki, növbəti gün beynəlxalq elmi-praktiki konfrans öz işini gənc tədqiqatçılar, doktorantlar və magistrlərin aktiv iştirakı ilə davam etdirəcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB