Bakı Şopinq Festivalı alıcıları çoxsaylı sürprizləri ilə heyrətləndirməkdə davam edir. İndi festival çərçivəsində bütün dünya şöhrətli Aleksandr Terexovun baş dizayneri olduğu "AtelierMoscow" byAlexanderTerekhov-un xidmətlərindən istifadə etmək olar.
Aleksandr Terexovun "AtelierMoscow"u - bu istənilən mürəkkəblikdə layihələrdən orijinal və unikal toy paltarları, ziyafət geyimlərdən tutmuş, gündəlik geyim və klassik kostyumlaradək eksklüziv tikilişi xidmətini təklif edən təcrübəli dizaynerlər və dərzilərdən ibarət komandadır.
Diqqət! Ancaq 2 gün – mayın 5-də və 6-da Bakı Şopinq Festivalı çərçivəsində unikal fürsət təklif edilir – həmin günlər Bakıda olacaq "AtelierMoscow" komandası ilə şəxsən ünsiyyətdə olaraq, arzunuza uyğun olaraq istənilən sifarişi verə bilərsiniz!
"AtelierMoscow" komandası nümayəndələri ilə ünsiyyət qurmaq və Bakı Şopinq Festivalının Tbilisi prospekti, 27 ünvanında yerləşən Qlobus Plazada yerləşən "Fashion Pavilionu"nda sifariş vermək üçün tələsin!
Fərdi eskizin hazırlanması, material nümunələrinin təqdim edilməsi, məhsulun ilk andan hazır olma mərhələsinədək diqqət mərkəzində saxlanılması atelyenin iş prinsipinə daxildir.
"AtelierMoscow" Avropanın ən yaxşı parça və aksessuar təchizatçıları ilə əməkdaşlıq edir. Müştərinin arzusuna uyğun olaraq, atelye müxtəlif materiallardan əl tikilişi də həyata keçirə bilər. Həmçinin Avropanın qabaqcıl fabriklərində tikiş üçün eksklüziv forma hazırlamaq mümkündür.
"AtelierMoscow"da Aleksandr Terexovun kolleksiyasından istənilən modeli fərdi ölçüyə uyğun sifariş edə bilərsiniz. Bundan başqa atelye ən kiçik müştərilərlə də işləyərək istənilən formada uşaq geyimlərinin tikilişini həyata keçirir. "AlexanderTerekhov Kids" kolleksiyasından modellərin uşaqlarınızın ölçüsünə uyğun tikilişi üçün sifarişi qəbul olunur.
Tələsin! "AtelierMoscow" sizin sifarişləri mayın 5-də və 6-da qəbul edəcək!
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB