Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Kutaisi şəhərinin meri Şota Murquliyanın dəvəti ilə "Kutaisi Günləri" tədbirində iştirak etmək üçün bu şəhərdə səfərdə olub.
SİA-ya verilən məlumata görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini Kutaisi şəhər meri Şota Murquliani rəsmi qəbul edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan, eləcə də ayrı-ayrı regionlarımız arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Şota Murquliya Gəncə və Kutaisi şəhərləri arasında 1996-cı ildə əsası qoyulan mehriban dostluq və əməkdaşlıq əlaqələrinin bu gün uğurla davam etdiyini bildirib. Qeyd edib ki, bu cür səfərlər münasibətlərimizin daha da dərinləşməsində mühüm rol oynayır.
Elmar Vəliyev deyib ki, bizim əlaqələrimiz qardaşlıq əlaqəsidir. Biz bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin tərkib hissəsi kimi, Gəncə və Kutaisi şəhərləri arasında münasibətlərin davamlı olması və digər sahələrdə də inkişaf etdirilməsi üçün səylərimizi artıracağıq.
Söhbət zamanı hər iki şəhər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, Gəncə və Kutaisi şəhərləri arasında əməkdaşlığa dair imzalanmış memorandumun əhəmiyyəti xüsusi qeyd olunub.
Şəhər rəhbərləri ikitərəfli əlaqələrin inkişafı, əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində səylərini bundan sonra da artıracaqlarını bildiriblər.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov və Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev də iştirak ediblər.
Tədbirin rəsmi açılışında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, kutaisililəri şəhər günü münasibətilə təbrik edib, Gəncə və Kutaisi arasında dostluq münasibətlərinin, sıx əməkdaşlığın hər iki ölkəyə uğurlar gətirdiyini bildirib.
Qeyd edək ki, XIX əsrdən başlayaraq hər il Gürcüstanın Kutaisi şəhərində adət-ənənəyə uyğun 1-3 mayda "Qviriloba" adlı şəhər günü kecirilir. Şəhər günlərində Gürcüstanın və dost ölkələrin incəsənət, mədəniyyət ustalarının, folklor, estrada ansambllarının konsertləri, festivallar, teatr tamaşaları, sərgilər təqdim olunur.
Gəncə ilə Kutaisi arasında ötən ilin iyun ayında qardaşlıq memorandumu imzalanıb. Şəhərlər arasında sıx əməkdaşlıq və dostluq əlaqələri günbəgün genişlənir, iqtisadi, mədəni inkişafa dəyərli töhfələr verir.
Mayın 2-də tədbir çərçivəsində qardaş şəhərlərdən və dost ölkələrdən gələn rəsmi nümayəndələr, qonaqlar "Baqraiti" otelində bayram tədbirinin açılış mərasimində iştirak ediblər.
Sonra iştirakçılar tərəfindən şəhər mərkəzində yerləşən "Üc Otaris" heykəli ziyarət olunub.
"Qviriloba-2017" tədbirində teatrlaşdırılmış səhnələr, gürcü xalq sənətkarlığı nümunələrindən, foto-şəkillərdən, əl işlərindən ibarət sərgilər nümayiş edilib.
Tədbir çərçivəsində Kutaisi şəhər Turizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edib.
Günün ikinci yarısında şəhərin Muxnari meşəsində möhtəşəm bayram şənliyi reallaşıb. Şənlikdə etnoqrafik festival, gürcü güləşi, İmereti rayonunun incəsənət ustalarının konserti böyük maraq doğurub.
Tədbir Kutaisi Dövlət Teatr Evində Qala konserti ilə davam edib. Konsertdə Kutaisi Dövlət Folklor ansamblının mahnı və rəqs nömrələri iştirakçılarda xoş ovqat yaradıb.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB