Naxçıvanın türk-islam mədəniyyəti abidələri haqqında dəyərli nəşr

Naxçıvanın türk-islam mədəniyyəti abidələri haqqında dəyərli nəşr

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacı Fəxrəddin Səfərli uzun illərdir ki, tarix və mədəniyyətimizdə xüsusi yeri olan epiqrafik abidələrimizlə bağlı tədqiqatlar aparır. İslamın yayıldığı zamanlardan meydana gələn müxtəlif təyinatlı tarixi-memarlıq nümunələrimizin ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir, bununla bağlı monoqrafiya, kitablar və məqalələr hazırlayıb geniş oxucu kütləsinə çatdırır. Epiqraf alimin bu günlərdə "Naxçıvanın türk-islam mədəniyyəti abidələri" adlı monoqrafiyası işıq üzü görüb. AMEA-nın Naxçıvan bölməsindən SİA-ya verilən xəbərə görə, monoqrafiyada Naxçıvan Muxtar Respublika ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən məscidlər, mədrəsələr, türbələr, imamzadələr, körpülər, karvansaralar, qalalar, hamamlar, mülki tikintilər, buzxanalar haqqında məlumat verilib. Yeni nəşrdə eyni zamanda tarixi-memarlıq nümunələrinin inşa edilmə və bərpa olunma tarixi ilə yanaşı, bu abidələri inşa edən bəzi memarlar barəsində də ümumi məlumat işıqlandırılıb.

Monoqrafiyada memarlıq nümunələrinin fotoşəkilləri və onların üzərində qalan kitabələrin qrafik təsvirləri də öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə