Hüseyn Bağırovun görüş vaxtı dəyişdi

Hüseyn Bağırovun görüş vaxtı dəyişdi

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla 05 may 2017-ci il tarixində nəzərdə tutulmuş görüşü cari ilin 16 may tarixinə dəyişdirilib. Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli "Qaynar xətt"i, həmçinin 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Xaçmaz rayon Xudat qəsəbəsi 4-cü şöbə, əlaqə telefonları: 050-338-20-66, 070-232-33-45, 023-323-00-14) xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə