Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin və partiyanın Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə bir qrup gənc Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev adına Neft Emalı Zavodunun qonağı olublar. SİA-nın verdiyi məlumata görə, gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra isə Zavodla tanışlıq olub.
Gənclərə məlumat verilib ki, Heydər Əliyev adına Neft Emalı Zavodu 1953-cü ildə istehsal fəaliyyətinə başlayıb. Qeyd olunub ki, yarandığı ilk günlərdən zavod Azərbaycanın yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilib.
Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu, katalitik riforminq qurğusu, tədrici kokslaşma qurğusu və katalitik krekinq qurğusu kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan verib. 22 aprel 2004-cü ildə isə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.
Zavodla tanışlıqdan sonra gənclərlə görüş keçirilib.Sonda bir qrup gəncə fəxri fərmanlar və sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB