Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, səhiyyə naziri Oqtay Şirəliyev mayın 3-də İsmayıllı Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbul zamanı nazir İsmayıllı, Şəki, Qəbələ və Şamaxı rayonlarından olan 23 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Vətəndaş müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB