Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İB layihəyə start verdi

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İB layihəyə start verdi

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək" layihəsinə start verib. Layihə barəsində SİA-ya məlumat verən təşkilatın sədri Rövşən Ağamalıyev deyib ki, 5 ay həyata keçiriləcək layihənin məqsədi Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə dəstək olmaqdır.

Onun sözlərinə görə, layihəyə çərçivəsində Bakı şəhərində olan şəhid ailələri müharibə veteranları və əlillərlə fərdi (və ya kollektiv) görüşlər keçirəcək. Görüş zamanı zamanı şəhid ailələrinin müharibə veteranları və əlillərin sosial problemləri öyrəniləcək, onlara pulsuz hüquqi yardım göstəriləcək. Bunun üçün təşkilatda qaynar xətt fəaliyyət göstərəcək və eyni zamanda facebook sosial şəbəkəsi vasitəsi ilə təşkilata ünvanlanan bu kimi problemlərin həlli ilə bir başa məşğul olunacaq.

Bütün bunlarla yanaşı layihənin daha geniş arenanı əhatə etməsi üçün təşkilatın nəznində fəaliyyət göstərən SOSİALXEBER.AZ saytı vasitəsi ilə paytaxt Bakı ilə yanaşı regiondan olan şəhid ailələrinin sosial problemləri öyrəniləcək və bu problemlərinin həlli ilə bağlı onlara pulsuz hüquqi yardım göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə