Qarşılayın -Yeni Leksus LS

"Leksus" şirkəti LS modelinin yeni variantını - "LS 500 F Sport"u təqdim edib. Flaqman sedanının eksteryerini, salonunu dəyişiblər və təchizat siyahısını genişləndiriblər.

Avto.az-da dərc olunan xəbərdə deyilir ki, "F Sport" versiyasının xarici görünüşünün xüsusiyyətlərinə yeni radiator barmaqlığı ("Leksus"dan bildiriblər ki, onun hazırlanmasına 5 ay vaxt sərf edilib), qabaq bamperdə xüsusi hava çıxıntıları, yeni yan ətəklər, o cümlədən 20 düyümlük təkər arkaları və aqressiv arxa bamper daxildir.

"LS F Sport"un salonunda oturacaqların üzləri dəyişilib, alüminium əlavələr peyda olub, pedalların üzərinə dəmir çəkilib, o cümlədən idman sükanı və superkar LFA-in manevrlərini təkrarlaya bilən cihazlar paneli quraşdırılıb. "RC F Sport"da da belədir.

"F Sport" modifikasiyasının mühərrikinin təkmilləşdirilməsi nəzərdə tutulmur. LS 500-də 415-güclü biturbo V6 quraşdırılıb və o, 10 pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Arxa ötürücülü sedan yerindən 100 km/saat sürəti 4,5 saniyəyə toplayır.

Bütün xəbərlər Facebook səhifəmizdə