ANAMA açıqladı: Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb

ANAMA açıqladı: Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 30-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1867 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası aşkar ediblər. Hərbi sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 48 min 400 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın məlumatında deyilir ki, 72 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz altı partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 508 min 760 kvadratmetr ərazi yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 30-dək 5 142 ədəd partlamamış hərbi sursat, tank əleyhinə 109 mina və piyada əleyhinə 12 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 567 min 964 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə