Gəncədə Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən ağacəkmə aksiyası davam etdirilir. Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şam, gül kolları və digər ağaclar əkilir.
SİA-nın məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Elnur Rzayev bildirib ki, Nizami yurdunda ağacəkmə aksiyası tam sürətlə davam etdirilir. Elnur Rzayev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə 10 may tarixinə qədər Gəncədə 94 min ağac əkiləcək.
Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB