Psixoloq: “Pulunu düzgün idarə edən insan, həyatını da düzgün idarə edir” AÇIQLAMA

"İnsanların pul siyasətini düzgün qurub-qurmaması onların həyatına, psixoloji durumuna birbaşa təsir edir". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

O qeyd edib ki, insanların nə qədər qazanmasından asılı olmayaraq, mövcud büdcəyə uyğun pul xərcləməyə diqqətlə yanaşmaq lazımdır: "Qazanılan pulu düzgün xərcləyən insanlarda psixoloji sakitlik olur. Pulunu düzgün idarə edən insan, həyatını da düzgün idarə edir. İnanlar əldə etdikləri gəlirlərdən kommunal xərcləri ayırdıqdan sonra, ev üçün lazım olan ərzaq və digər təlabat mallarını alarkən israfçılığa yol verməməlidir. Demostrativ göstərişi sevən insanlar evdə ehtiyac olub-olmadan ərzaq və ya əşyaları artıq alırlar. Psixoloji cəhətdən sağlam olmayan insanlar (OKP-dən əziyyət çəkənlər) buna daha çox meyl edirlər. Əslində isə, hər kəs ay ərzində qarşıda lazım olacaq xərcləri nəzərə almalı, sağlamlıq üçün keyfiyyətinin yüksək səviyyədə qalmasını nəzərə alaraq ərzaq məhsullarını aylıq deyil, həftəlik və təlabat olan qədərdə almalıdır. İnsanlar bir ərzaqa daha çox pul xərcləməkdənsə, sağlamlıq üçün lazımi ərzaqların hər birindən az miqdarda olsa da alıb onları qəbul etməlidir. Yəni, büdcəni düzgün bölüşdürmək lazımdır".

Psixoloq bildirib ki, ailədə bazarlığa xanımın getməsi daha məqsədəuyğundur: "Çünki onlar daha qənaətcil olurlar. Xanımlar təbiətən arxitep olaraq yığımcıl və qurucudurlar. Bazara gündüz saatlarında getmək də büdcəyə qənaət etməyə kömək edir. İşdən sonra bazarlıq etməyə gedən insanlar gərgin və əsəbi olurlar, buna görə də bazarlıq uğurlu alınmır və daha çox pul xərcləyirlər".

E.Eminova vurğulayıb ki, hər kəs qazandığı puldan mütləq ayırmalı və gələcək investisiya üçün o pulun varlığını unutmalıdır.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə