AMEA-nın ümumi yığıncağında elmi nailiyyətlər sərgisi təşkil olunub FOTO

AMEA-nın ümumi yığıncağında elmi nailiyyətlər sərgisi təşkil olunub FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş illik Ümumi yığıncaq keçirilib.

SİA-nın məlumatına görə, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçıları Akademiyanın fəaliyyətini əks etdirən elmi nailiyyətlər sərgisi ilə tanış olublar.

AMEA-nın institut və təşkilatları, regional bölmə və elmi mərkəzləri, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə Azərbaycan, rus və ingilis dillərində müxtəlif nəşrlər, Akademiyanın Yüksək Texnologiyalar Parkında istehsal olunan yeni məhsullar nümayiş etdirilib. Pavilyonlarda quraşdırılmış monitorlarda institut və təşkilatların fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.

Sərgini ziyarət edən qonaqlara Akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə