“Heydər Əliyev və Azərbaycan təhsili”

Tərtərdə mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyev və Azərbaycan təhsili”

Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının qərargahında rayon təşkilatı gənclər birliyinin və rayon təhsil şöbəsi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatı aparatının rəhbəri Kamil Mənmədov və yerli mətbuat orqanı nümayəndələri iştirak ediblər.

Dəyirmi masa iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının sədri Ramiz Şabanov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycan təhsilinin inkişafı, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə kadr potensialının artırılması, Azərbaycanın gələcəyinə yönəlmiş tədbirlərin, xüsusilə, gənclərin xaricdə yüksək statuslu ali təhsil müəssisələrində təhsil almaları istiqamətində atdığı addımlardan danışıb.

Tədbirdə rayon təşkilatı gənclər birliyinin şura üzvü, təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri İntiqam Nuruyev çıxış edərək, Azərbaycanda gənclər siyasətinin daimi uğurlarından bəhs edib.

Çıxış edənlər - Qaraağacı kənd tam orta məktəbinin müəllimi, rayon təşkilatı gənclər birliyinin şura üzvü Rəşad Qarayev, Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi Bayramov, rayon uşaq gənclər idman mərkəzinin direktoru Emin Quliyev, şəhər 1 saylı tam orta məktəbi uşaq birliyinin rəhbəri Turanə Bayramova, uşaq yaradıcılıq birliyinin direktoru Ülviyyə Qənbərova, rayonda fəaliyyət göstərən "Çağdaş" kursunun rəhbəri Məhəbbət Musayev, Umudlu kənd tam orta məktəbinin müəllimi Şəhla Musalı və başqaları Heydər Əliyevin Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qaldırılması üçün göstərdiyi tarixi xidmətlərindən, Ulu Öndərin təhsillə bağlı müəyyənləşdirdiyi siyasətin bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirməsindən bəhs ediblər. Vurğulanıb ki, Azərbaycanın görkəmli oğlu, tarixi şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyev qurub bizlərə əmanət qoyduğu Azərbaycan dövləti kimi həmişəyaşar olaraq qalacaq, onun ideyalarından Azərbaycan xalqı daim faydalancaqdır.

Dəyirmi masa YAP rayon təşkilatının sədri Ramiz Şabanovun yekun nitqi ilə başa çatdırılıb.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə