Buz meydançasında uşaqlar üçün əyləncə təşkil edilib

Buz meydançasında uşaqlar üçün əyləncə təşkil edilib

Azərbaycan Türkiyə Evi (ATEV) 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə Zabitlər bağında yerləşən Buz meydançasında uşaqlar üçün əyləncə tədbir təşkil edib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Alahverdili deyib ki, uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir.

Toğrul Allahverdili qeyd edib ki, son illərdə Azərbaycanın birinci Vitse-Prezidenti Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olub. Heydər Əliyev Fondu tərəfindən uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm layihələr, sosial proqramlar həyata keçirilir.

Tədbirdə Bakı Atatürk Litseyinin şagirdlərinin iştirakı ilə bayram şənliyi ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə