Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında baş tutub. SİA-nın verdiyi xəbərə görə, məlumat turunda İqsadiyyat Nazirliyinin kadrlar sektorunun müdiri Emin Şirinov, inzibati məsələlər sektorunun müdiri Kənan Məlikov, 195-2 çağrı mərkəzinin rəisi Tarverdi Əliyev, Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Leyla İsrəfilova və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Məlumat turu zamanı iştirakçılar Nazirliyinin iş strukturu, çağırış mərkəzi ilə tanış olub, həyata keçirilən və planlaşdırılan iqtisadi layihələr və proqramlarda xüsusən gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumatlar verilib. Daha sonra gənclər Iqsadiyyat Nazirliyinin əməkdaşları tərəfindən açıq höküməti təşviqinə dair fəaliyyət planı haqqında məlumat əldə ediblər. Eyni zamanda, tur iştirakçıları İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə birlikdə masa arxasında Sahibkarlıq mövzusunda müzakirələr aparıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında keçirilən məlumat turu Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Günü"nün təsis edilməsi haqqında sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü"nə təsadüf edilir. Sahibkarlar Günü"nün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına Prezident tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi mühüm dövlət strukturu kimi ölkəmizin iqtisadi siyasətinin formalaşmasında, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında, xarici iqtisadi və ticarət əlaqələrin qurulmasında, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqində, sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımının həyata keçirilməsində çox vacib rol oynayır. Xüsusən son illər dünyada baş verən mürəkkəb iqtisadi proseslər fonunda nazirliyin iqtisadi durumun sabitləşməsi, bir sıra qabaqlayıcı tədbirlər görməsi, qeyri-neft sektorunun inkişafına diqqət yetirməsinə yönəlmiş siyasəti Azərbaycanın yenə də regionda və dünyada iqtisadi tərəqqiyə malik ölkə kimi tanınmasına öz töhfəsini verməkdədir.
Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Proqram çərçivəsində ümumilikdə Milli Şuranın üzvü olan 80 gənclər təşkilatının 300-dən çox nümayəndəsi böyük maraqla 19 məlumat turunun iştirakçısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB