Milli Məclisdə tütünlə mübarizə məsələsi müzakirə olunub YENİLƏNİB

Milli Məclisdə tütünlə mübarizə məsələsi müzakirə olunub YENİLƏNİB

Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi, Gənclər və idman komitəsi və Səhiyyə komitəsinin birgə təşkilatçılığı baş tutan dəyirmi masada Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhaliman Əmiraslanov, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müvini Ceyhun Bayramov, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva, Ədliyyə Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin, Ombudsman aparatının nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradov deyib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin birinci oxunuşda qəbul olunub. O qeyd edib ki, komitələrin müzakirələrində bir çox təkliflər irəli sürülüb və onların nəzərə alınmasının vacibliyi barədə fikir formalaşıb: "Bu gün tütünlə mübarizə bütün dünyada mühum mövzudur. Bu məsələ təkcə illi məclisin deyil bütün qurumların diqqətindədir. Onların işini necə icra etməsi mətbuatın gündəliyinə daxil olan məsələdir. Bu baxımdan hesab edirəm ki, bugünkü müzakirələr faydalı olacaq".

Daha sonra çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub: "Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə söyləyib ki, "Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin tarixində ən vacib qanun layihələrindən biridir. Bu layihə həm ictimaiyyətin həm də həkimlərin sifarişi idi: "Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanun layihəsinin Milli Məclisin Səhiyyə komitəsində geniş müzakirə olunub və müzakirələr zamanı deputatar tərəfindən səslənən təkliflər qanun layihəsində öz əksini tapıb. Biz Siqaret çəkənlərin deyil, bundan əziyyət çəkənlərin hüquqlarının müdafiəsinə üstünlük verməliyik. Çünki bundan ən çox ziyan çəkənlər uşaq və gənclərdir".

Dəyirmi masada çıxış edən Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov söyləyib ki, Azərbaycanda kişilərin 36 faizi siqaret çəkirsə siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalır. Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə onun təsirinin təhlükəsiz səviyyəsinə endirmək qeyri-mümkündür. ÜST-nin tövsiyəsinə görə yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar".

Tədbirdə fikirlərini bildirən təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyi tərəfindən gənclərin sağlamlığı ilə bağlı mühüm layihələr həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, tütünlə mübarizədə bütün cəmiyyət güünü birləşdirməlidir.

Dəyirmi masaın davamında millət vəkilləri Musa Quliyev, Qənirə paşayeva. Araz Əlizadə, Əflatun Amaşov, Rövşən Rzayev, Fazil Mustafa və digərləri çıxış edərək qanun layihəsi ilə bağlı təklliflərini bildiriblər.

Təklifərdən sonra çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, tədbirdə səslənənn fikirlər qısa zamanda təcrübələrə əsaslanaraq qanun layihəsində ehtiva edilməsinə çalışacağıq. O qeyd edib ki, düzəlişlərdən sonra qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Milli Məclisin vitse spikeri Bahar Muradova müzakirələrin faydalı olduğunu qeyd edərək qanunda vətəndaş cəmiyyətinin təkliflərinin nəzərə alınmasını tövsiyə edib.

Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə