Bahar Muradova: "Filtirsiz siqaretlər Azərbaycanın ticarət şəbəkəsindən çıxarılmalıdır"

Bahar Muradova: "Filtirsiz siqaretlər Azərbaycanın ticarət şəbəkəsindən çıxarılmalıdır"

"Filtirsiz siqaretlər Azərbaycanın ticarət şəbəkəsindən çıxarılmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Milli Məclisin sədr müavinin sözlərinə görə, istehsalçılar da bu barədə düşünərək işlərini təkmilləşdirməlidirlər: "Keyfiyət əsas məsələdir. Əgər biz bunu tam qadağan etmiriksə, demək keyfiyyətinə diqqət yetirmək lazımdır".

B. Muradova çıxışı zamanı azyaşlı və yeniyetmələrin siqaretdən istifadə etməsi məsələsinə də toxunub: "Xüsusilə də azyaşlılar və yeniyetmələrin onlara verilən çörək pulu ilə siqaret alması məsələsinə diqqət etməliyik. Düşünürəm ki, siqaret bahalaşsa azyaşlı və yeniyetmələrin ondan istifadə etməsi məhdudlaşa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə