Nazir müavini: "Tütünün ziyanı ilə bağlı elmi tədqiqatlar gücləndirilməlidir"
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi olduqca böyük əhəmiyyəti var. İlk növbədə ona görə ki. qanun layiəsi insan sağlamlığı ilə balıdır". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində keçirilən dəyirmi masada çıxış edərkən deyib.
Nazir müvinin sözlərinə görə. sözügedən qanun layihəsi insanların xüsusilə də gənclərin sağamlığına müsbət təsir edəcək: "Yalnız qadağalarla məsələni həll etmək mümkün deyil. Qanunun 11-ci maddəsində maarifləndirilmə məsələsinə diqqət yetirilib. Lakin onun səmərəliliyinin təmin etmək əsas problemlərdən biridir. Aparılan araşdırmalara əsasən məlum oldub ki, səhiyyə cəmi 7 faiz insan sağlamlığına təsir edir. İnsan sağlamlığına təsir edən əsas amil insanların sağlam həyat tərzi sürməsidir. Sağlam həyat tərzi 51 faiz sağlamlığa təsir edən amildir. Bu o deməkdir ki,gəclərimiz zərərli vərdişlərdən uzaq olmalıdır. Biz gənclərimizə siqaretin onların sağlamlığına ziyan olduğunu aşılamalıyıq. Şüarlarla bunu etmək mümkün deyil. Bunun üçün elmi tədqiqatların gücləndirilməsinə ehtiyac var. Elmi tədqiatlar insan şüuruna təsir etməlidir".
Təhsil sistemində 1 milyon 500 min nəfərin təhsil aldığını deyən F. Qurbanov qeyd edib ki, təhsil ocaqlarında siqaretin zərərli olmasını göstərmək mühüm məsələdir: "Tədris proqramlarında Təhsil Nazirliyi buna xüsusi diqqət yetirir. Nazirlik tərəfindən bununla bağlı layihə həyata keçirir. Əsas məqsədimiz gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdırmaqdır. Məktəbdənkənar fəaliyyətə böyük diqqət edilir. Həm orta. həm də ali məktəblərdə idman yarışları təşkil olunur. Hazırda İslam Oyunları ərəfəsində bütün regionlarda idman yarışları keçirilir".
Nazir müavinin sözlərinə görə, tütünlə mübarizədə cəmiyyət bütün gücünü birləşdirməlidir: "Yalnız bu halda gənclərimizi bu zərərli vərdişlərdən uzaqlaşdıra bilərik. İnsanları iki amil maraq və qorxu hərəkətə gətirə bilər. Əgər insan siqaretin onun sağlamlığına, gələcək nəslinə ziyanlı olduğunu dərk etsə o zaman bu vərdişdən çəkinə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB