Musa Quliyev: "İş yerlərində siqaret çəkilməsi üçün qapalı yerə ehtiyac yoxdur"

Musa Quliyev: "İş yerlərində siqaret çəkilməsi üçün qapalı yerə ehtiyac yoxdur"

"Bəzi həmkarlarım ehtiyat edir ki, qanun sərt şəkildə qəbul edilsə, bu işləməyəcək. Axı niyə işləməsin?!". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

Milli Məclisin deputatının sözlərinə görə, qanuna əməl olunmasa, o zaman insanlar daha çox cərimə olunacaq: "Bu da büdəcəyə öz müsbət təsirini göstərmiş olacaq. Digər ölkələrdə olduğu kimi ola bilsin ki, qanunun qəbulundan sonra İlk 5-6 ayda çətinlik olsun. Lakin sonra bütün məsələlər öz qaydasına düşəcək".

M. Quliyev söyləyib ki, tütündən istifadə restoranlarda açıq və ya yarı qapalı yerlər təşkil edilə bilər: "Sahibkarların buna gücü çata bilər. Lakin kənd yerində qapalı yerlərin yaradılmasında problemlər yarana bilər. Buna oradakı insanların imkanı çatmaz".

Milli Məclisin deputatı vurğulayıb ki, iş yerlərində və müəssisələrdə siqaret çəkilməsi üçün qapalı yerlərin yaradılmasına ehtiyac olmadığını dilə gətirib: "İş yerlərində qapalı yerlər yaratmağa nə ehtiyac var?! Siqaret çəkmək üçün çölə çıxmaq olmazmı?! Niyə görə özümüzə problem yaradırıq. Bununla da sahibkarlara əlavə xərclər yaratmış oluruq. Odur ki, qapalı yerlərlə bağlı bir daha fikirləşmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə