Araşdırmalar göstərir ki, əgər Azərbaycanda kişilərin 36 faizi siqaret çəkirsə, siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalır". SİA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu nisbət yeniyetmələrə gəldikdə daha çox nəzərə çarpır: "Belə ki, Azərbaycanda yeniyetmətmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Bu göstərici son beş ildə 50 faiz artıb. İkincili tütün tüstüsünün təsirinin təhlükəsizliyi mövcud deyil. Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə onun təsirinin təhlükəsiz səviyyəsinə endirmək qeyri-mümkündür. ÜST-nin tövsiyəsinə görə, yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində hərtərəfli qadağalar tədbiq edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB