"Layt” siqaretlərin istehsalı tütünlə mübarizəyə təsir edir" komitə sədri
"Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanun layihəsi Milli Məclisin tarixində ən vacib qanun layihələrindən biridir. Bu layihə həm ictimaiyyətin həm də həkimlərin sifarişi idi". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Parlamentdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" layihəsi çərçivəsində keçirilən dəyirmi masada çıxış edərkən deyib.
Onun sözlərinə görə, bəzən insanlar tütün məmulatlarının onlara vurduğu zərərləri düzgün anlaya bilmir: "Lakin Ümumdünya Səhyyə Təşkilatının açıqladığı statistikaya baxsaq bunu aydın görə bilərik. Belə ki, dünyada hər 6 saniyada 1 nəfər, hər il isə 15 milyon insan tütündən istifadəyə görə dünyasını dəyişir. Statistikada həmçinin bildirilir ki, ağ ciyər xərçənginə tütün məmulatlarından istifadə edənlərdə 30 , miokard infarkta isə 15 dəfə çox rast gəlinir".
"Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanun layihəsinin Milli Məclisin Səhiyyə komitəsində geniş müzakirə olunduğunu deyən Ə. Əmiraslanov söylyib ki, müzakirələr zamanı deputatar tərəfindən səslənən təkliflər qanun layihəsində öz əksini tapıb:

"Biz Siqaret çəkənlərin deyil, bundan əziyyət çəkənlərin hüquqlarının müdafiəsinə üstünlük verməliyik. Çünki bundan ən çox ziyan çəkənlər uşaq və gənclərdir".
Komitə sədri qeyd edib ki, tütündən istifadə halları onun sənaye istehsalına başlanıdığından sonra çoxalıb: "1960-ci illərdə siqaretə qarşı bütün dünya müharibəyə qalxsa da, bununla tam əkildə mübarizə aparıla bilmədi. Lakin həmin dövrdən 2010-ci illərə qədər qəbul edilən qərar və qanunlar nəticəsində dünya ölkələrində siqaret çəkənlərin azaldığını görmək mümkündür. Misal üçün 1960-cı ildə Yaponiyada siqaret çəkənlərin sayı 61 faiz idisə, 2010-cu ildə bu rəqəm 21 faizə enib. Ümumiyyətlə, dünyada siqaret çəkənlərin sayının 29 faiz azalması məhz siqaret çəkən yerlərin məhdudlaşdırılması, iqaretə verilən aksizin qiymətinin bahalaşması və reklamın qadağa olunması ilə bağlıdır. Bu məsələlər "Tütün məmulatlarının məhdudlaşdırılması haqqında" qanun layihəsində öz əksini tapdığı üçün düşünürəm ki, biz bu sahədə uğur qazana biləcəyik. Bəzən qanun layihəsinin yumşaq olduğu deyilir. Lakin qanunun birdən-birə sərtləşməsinin effekt göstərəcəyinə inanmıram".
Komitə sədri qeyd edib ki, tütünlə bağlı qoyulan qadağalarla siqaretdən istifadə edənlərin qarşısının tam şəkildə almaq mümkün deyil: " Dünyada inkişaf etməkdə olan ölkələrdə satılan siqaretlə inkişaf etmiş ölkələrdə satılanları müqayisə etsək, onlar arasında keyfiyyət baxımından nə qədər böyük fərq olduğunu görə bilərik. Dünyada siqaret istehsal edən şirkətlər keyfiyyətsiz məhsullarını inkişaf etməkdə olan ölkələrə satırlar ki, bu da bütüvlükdə insan orqanizminə vurduğu zərəri daha da artırır. Budna əlavə siqaret şirkətləri "layt" siqaret istehsal etməklə guya onların insan orqanizminə zərəsiz olduğunu bildirir, insanların diqqətini daha da cəlb edirlər. Lakin bu absurd məsələdir. Çünki, siqaretlərin bütün növləri isan orqanizmi üçün təhlükəlidir. Şirkətlərin bu addımları tütünlə mübarizəyə təsir edən amillərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB