"Ölkəmizdə fəaliyyət göstərən 11 "ASAN xidmət" mərkəzləri indiyədək 15 milyon insana xidmət göstərib. Vətəndaş məmnunluğu 98-100 faiz arasında dəyişir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib. O bildirib ki, daha 4 regionda "ASAN Xidmət" mərkəzlərinin inşasına başlanıb ki, bura Quba, Şəki, İmişli və Mingəçevir daxildir. İ.Kərimov söyləyib ki, ASAN xidmət mərkəzlərinin uğurlu fəaliyyəti beynəlxalq aləmdə geniş qiymətləndirilərək nümunə olaraq göstərilir: "Bunun nəticəsidir ki, Əfqanıstanda bu adda qurum açılıb".
Dövlət agentliyi tərəfindən sosial innovasiyaların tətbiqi ilə bağll araşdırma aparılıb, təkliflərin hazırlandığını deyən İ.Kərimov qeyd edib ki, qurum tərəfindən "ASAN Viza", "ASAN Kommunal" və digər layihələr keçirilməsi cəmiyyətin işlərini asanlaşdırıb: "ASAN VİZA" xidmətindən 55 mindən çox xarici vətəndaş istifadə edib. Bu gün dünyanın aparıcı qurumları Azərbaycanın təcrübəsini yüksək qiymətləndirərək,onun başqa ölkərlərdə tətbiqini təklif edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB