26 aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə tədbir keçirilir YENİLƏNİR
26 aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibətilə "Azərbaycanda innovasiya potensialı" mövzusuna və "İxtiraçılıq sahəsində nailiyyətlərə görə IV Respublika Müsabiqəsi" qaliblərinin müküfatlandırılmasına həsr olunan konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Standartllaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digərləri iştirak edir. Tədbirdə ilk çıxış edən komitə sədri Ramiz Həsənov elmi texnoloji yeniliklərin bütün sahələrdə əmək məhsuldarlığının və rəqabətliliyinin yüksəldilməsinə xidmət edən, yaranan məhsula əlavə dəyər verən, insan kapitalına əsaslanan əsas qeyri-maddi aktivlər olduğunu bildirib.
Tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB