Hüseyn Bağırovın vətəndaşlarla görüş tarixi dəyişdi

Hüseyn Bağırovın vətəndaşlarla görüş tarixi dəyişdi

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Qusar şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir H. Bağırovun Qusar şəhərində Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Xızı rayonlarında yaşayan vətəndaşlarla 28 apreldə nəzərdə tutulmuş görüşü 5 may tarixində baş tutacaq.

Görüş saat 10:00-da Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-nin 168 nömrəli "Qaynar xətt"i, 5 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə